23 Dekabr 2024, Bazar ertəsi

Bu münasibətlə keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bölmədə yaradılan informasiya-kommunikasiya texnologiyaları otağının əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

Bildirilib ki, AMEA Naxçıvan Bölməsində bu yaxınlarda ilk dəfə olaraq onlayn şəkildə həyata keçirilən imtahanlar informasiya-kommunikasiya texnologiyaları otağında baş tutub. Bundan sonra doktorantlar və dissertantlar artıq informatikadan minimum imtahanları üçün Bakıya getməyəcəklər. Naxçıvandan birbaşa olaraq onlayn şəkildə imtahanlarda iştirak edə biləcəklər.
AMEA Naxçıvan Bölməsinin Bio­resurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov çıxış edərək deyib ki, otaqda yaradılan şərait gənc alimləri uğurlu tədqiqatlar aparmağa ruhlandıracaq və onlar burada yaradılan canlı bağlantılar vasitəsilə gələcəkdə onlayn konfranslarda, iclaslarda da iştirak edə biləcəklər.
Sonda akademik İsmayıl Hacıyev yaradılan şərait üçün Ali Məclisin Sədri cənab Vasif Talıbova muxtar respublikanın elmi ictimaiyyəti adından minnətdarlığını ifadə edib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR