23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə uzun illərdir, uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində “Gələcəyin İKT sahəsindəki toxumları” adlı həyata keçirilən proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin “Huawei” şirkətində iyun ayının 10-27 tarixləri arasında təcrübə keçib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilir, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir. Məhz naxçıvanlı 6 tələbənin ölkədən kənarda, həm də “Huawei” kimi böyük, tanınmış və informasiya texnologiyaları sahəsində liderlərdən biri olan şirkətdə təcrübə keçmələri üçün göndərilməsi də bu işlərin davamıdır.

Çin Xalq Respublikasında istehsalat təcrübəsi keçən tələbələrdən Sənan Əhmədov bildirdi ki, ikihəftəlik pro­qram çərçivəsində tələbələr əvvəlcə Pekində Çin mədəniyyəti ilə tanış olub, “Çin səddi” və “Qadağan olunmuş şəhər” tarixi yerlərini ziyarət ediblər. İkigünlük gəzintidən sonra Çinin Geofizika Universitetində ölkənin tarixi və mədəniyyəti ilə bağlı dərslər keçilib. Sertifikatların verilməsi mərasimindən sonra təcrübəçi tələbələr Çinin Şenjen şəhərinə yola düşüblər.
“Şenjen şəhərində Çinin tarix muzeyi, cənub-şərqi Çin dəniz sahili və mədəniyyət kəndi ilə tanış olduq”, – deyən Səxavət Heydərli bildirdi ki, Çinin nə qədər qədim tarixə malik olduğunu gördük.
Sonra tələbələr “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən baş ofisinin treninq mərkəzində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçiblər. İnformasiya-kommunikasiya texnologiyalarının daha təkmil öyrənilməsi məqsədini daşıyan təcrübə kursu şirkətin ayrı-ayrı peşəkar mütəxəssisləri tərəfindən aparılıb. Sonda tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, istehsalat təcrübəsində Naxçıvandan olan tələbələrlə yanaşı, Latviya, Litva və Estoniyadan birlikdə 18, Konqodan isə 10 tələbə iştirak edib. Hər kəsin öz ölkəsini təmsil etdiyi bağlanış mərasimində naxçıvanlı tələbələr “Sarı gəlin” və “Azərbaycan” mahnılarını ifa edərək Azərbaycan bayrağını səhnədə qaldırıblar.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR