25 Dekabr 2024, Çərşənbə

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Babək rayonunda da müxtəlif tədbirlər keçirilir, ulu öndərin dövlətçilik xətti öyrənilir, xalqımızın xilası, inkişafı yolundakı titanik xidmətləri böyük minnətdarlıqla xatırlanır. Rayon ümumtəhsil məktəbləri arasında keçirilən şeir müsabiqəsi də ulu öndərin yubileyinə həsr olunub.
Müsabiqə zonalar üzrə keçirilir. Zeynəddin kənd tam orta məktəbində keçirilən I zona turu başlanmazdan əvvəl çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev, Təhsil Şöbəsinin əməkdaşı Nicat Fətullayev, Sirab kənd tam orta məktəbinin müəllimi Əli İsmayılov və Hacıvar kənd tam orta məktəbinin müəllimi Sədaqət Həmzəyeva ümummilli liderin həyat yolundan, gənclərin savadlanması istiqamətindəki fəaliyyətindən bəhs ediblər.
Sonra Hacıvar, Yarımca, Sirab və Zeynəddin kənd tam orta məktəblərinin şagirdləri şairlərimizin ulu öndərə, Vətənə, torpağa, müstəqilliyimizə həsr etdikləri şeirləri bədii qiraət ediblər.
Müsabiqədə seçilən şagirdlər may ayının 6-da keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR