22 Dekabr 2024, Bazar

Məlum olduğu kimi, oktyabrın 10-da Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmasına baxmayaraq, erməni tərəfi bu razılaşmanın üstündən bir neçə saat keçməsindən sonra yenidən Azərbaycanın mülki yaşayış məntəqələrinə zərbələr endirməyə başladı. Xüsusilə  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən, həm də Ermənistan ərazisindən raket atəşinə məruz qaldı və bu hücum nəticəsində 10 mülki vətəndaşımız həlak oldu, o cümlədən aralarında azyaşlı uşaqlar da olmaqla, 30-dan çox insan yaralandı. Ümumilikdə isə ermənilərin bu cür hücum aktları təkcə Gəncə şəhəri ilə məhdudlaşmır, Azərbaycanın digər yaşayış məntəqələri, o cümlədən Mingəçevir, Ağcabədi, Bərdə, Beyləqan və digər şəhər, rayonlarımız da mütəmadi olaraq düşmən hücumuna məruz qalır. Azərbaycan Respublikası Baş Prokurorluğunun oktyabrın 15-də günorta saat 12-yə olan məlumatına görə, sentyabrın 27-dən ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 dinc sakin yaralanıb, 1592 yaşayış evi, 79 çoxmənzilli yaşayış binası, 290 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu məlumatların yayılmasından təxminən bir saat sonra düşmənin Tərtər şəhər qəbirstanlığına atdığı mərmilər nəticəsində mülki vətəndaşlardan ölən və yaralananlar var. 

Danılmaz faktdır ki, Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini hədəfə alması beynəlxalq hüquqda müharibə cinayəti kimi qiymətləndirilir və bu, mülki əhaliyə qarşı müxtəlif hərəkətlərin məsuliyyətini nəzərdə tutan Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasını çox açıq şəkildə göstərir. Nəzərə alaq ki, Cenerə Konvensiyası II Dünya müharibəsinin qurtarmasından dörd il sonra qəbul olunmuşdu. Bu da təsadüfi deyildi, çünki milyonlarla insanın həlak olduğu bu müharibədə müxtəlif ölkələrin xalqları alman faşizmi tərəfindən ən dəhşətli cinayətlərə məruz qalmışdılar. Buna görə də, dünya ölkələri II Dünya müharibəsindən aldıqları bu acı dərslərin bir daha heç bir yerdə işlənməməsi üçün 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul etdilər. 1977 və 2005-ci illərdə isə Konvensiyaya üç protokol əlavə olundu. Bu konvensiyalar və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Təəssüflər olsun ki, son 30 ildə bu və ya digər beynəlxalq hüquqi sənədlərin müddəaları ermənilər tərəfindən dəfələrlə, həm də kobudcasına pozulsa da, dünya birliyi hələ də bu hadisələrə öz səssizliyini davam etdirir. Hətta nəinki davam etdirir, yeri gələndə qarşı tərəfə (Azərbaycana) əsassız ittihamlar da səsləndirirlər. 

Son 200 ilin tarixi təcrübəsi göstərir ki, erməni xisləti faşizm ideologiyasına əsaslanaraq xəstə, şovinist, psixoloji durumu sıfırdan aşağı olan bir təxəyyülə əsaslanır. Bugünkü ermənilərin babalarının faşist Almaniyasının kəşfiyyat orqanları ilə əlbir olaraq ruslara qarşı vuruşması və yaxud 1914-1920-ci illərdə türklərə qarşı soyqırımı törətmələri, yəhudilərə qarşı törədilən xolokostda əllərinin olması yeni məlumatlar deyil. Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Alman faşistləri işğal etdikləri ərazilərdə tarixi tikililərə dəymirdilər, qəbiristanlıqlara toxunmurdular, meyitlər üzərində tibbi məqsədlər xaric digər alçaq əməllərə yol vermirdilər. Ancaq ermənilər bunu dəfələrlə ediblər, imkan yaranarsa, bu gün də edərlər. Xocalı hadisələri bunun bariz nümunəsidir. Ömürboyu “böyük Ermənistan” axtarışında olan bu terrorçu millətin ən böyük silahı saxtakarlıq, şər və böhtandır. Bu yolda onlar özlərinə məxsus hər şeyi məhv etməyə hazırdırlar. Bu günlərdə Şuşadakı xristian kilsəsini dağıdaraq münaqişəni dini zəminə çəkmək istəyən, dəfələrlə özlərindən bir neçəsini öldürməklə azərbaycanlıları qanlı münaqişələrə cəlb edən ermənilər deyilmi?
Son günlərin hadisələri bir daha onu göstərir ki, erməni xisləti daimidir, dəyişməyəndir. Tarixboyu cəzasızlıq imkanlarından yararlanmaqla bu gün də Azərbaycana, onun dinc əhalisinə qarşı hərbi cinayətlər törədən Ermənistan bu gün neonasizmin dövlət səviyyəsində dəstəkləndiyi yeganə dövlətdir. Ölkənin monoetnik olması da elə buradan qaynaqlanır.
Erməni terrorundan illərdir, əziyyət çəkən Azərbaycan isə bu gün haqlı olaraq öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma bu mübarizədə də bütün hərbi və mülki qanunlara əməl edir. Məsələn, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ordumuzun ön xətdə olan bölmələrinə broşürlər paylandı. Həmin broşürlərdə beynəlxalq humanitar hüquqda əksini tapan prinsiplərə görə, döyüşçülərin müharibə zamanı davranış qaydaları göstərilib. Yəni hərbi qulluqçu döyüşdə necə davranmalıdır, kimləri hədəfə almalıdır və kimləri hədəfə almamalıdır kimi məsələlər izah olunur. Eyni zamanda Azərbaycan tərəfi humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiq edilməsinə hazır olduğunu bəyan edib və bununla bağlı erməni əhalisinə müraciət edib. Bu müraciət döyüş zamanı həyatını qurtarmaq məqsədilə könüllü qaydada təslim olmaq istəyən düşmənin hərbi qulluqçularına da şamil edilib.
Bütün bu məsələləri göz önünə gətirdikdə belə bir sual meydana çıxır: görəsən, hansı ölkə erməni terroru ilə illərdir, üz-üzə qalan, torpaqlarını 30 ildir, işğal altında saxlayan, mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəni hazırda da davam etdirən terrorçu ölkəyə qarşı bu cür humanitar prinsiplərlə yanaşar? Heç münaqişənin həllinə cəlb olunmuş dövlətlər belə, bunu tətbiq etməz. Bu baxımdan Ermənistan unutmamalıdır ki, Azərbaycanın müharibəni beynəlxalq hüquq normalarına uyğun aparması ədalət rəmzi, Ermənistana isə ən böyük güzəştdir!

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR