Prezident İlham Əliyev mayın 22-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da vardır.
Prezidentin Sərəncamı ilə Əhmədova Seyran Əhməd qızı və Tağıyev Qınyaz Şirməmməd oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 illiyi münasibətilə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə təltif ediliblər.