22 Dekabr 2024, Bazar

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2 (II kitab), maddə 222; 2019, № 1, maddə 2; 2020, № 10, maddə 1243; Azərbaycan Respublikasının 2020-ci il 15 dekabr tarixli 213-VIQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Sədərək rayonu” bölməsinə aşağıdakı məzmunda 63.4-cü sətir əlavə edilsin:

63.4

 

Dəmirçi bələdiyyəsi

 

Dəmirçi kəndi

 

 2. “Şərur rayonu” bölməsinin 65.13-cü sətri ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2021-ci il.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR