Prezident İlham Əliyev dekabrın 16-da Elman Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilsin".
Dövlət başçısının digər Sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.