22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.1-ci yarımbəndə “daxil edilməsi,” sözlərindən sonra “ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi,” sözləri əlavə edilsin.

2. 5.1.24-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.25-ci yarımbənd əlavə edilsin:

“5.1.25. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar.”.

3. 7.1.5-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.6-cı yarımbənd əlavə edilsin:

“7.1.6. yerli özünüidarəetmə orqanı:

1. qeydiyyatdan keçmək;

2. elektron kabinetdən istifadə etmək;

3. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

  

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2020-ci il.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR