Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında musiqi təhsili və mədəniyyətin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə:
Hüseynov İlqar Adil oğluna
Hüseynova Səmirə Seyran qızına – “Əməkdar müəllim” fəxri adı;
Əsədov Vaqif Mustafa oğluna
Quliyev Nihat Heydər oğluna – “Əməkdar artist” fəxri adı verilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 18 sentyabr 2020-ci il