Prezident İlham Əliyev iyulun 22-də Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanlar arasında “Şərq qapısı” qəzetinin əməkdaşları da var.
Prezidentin Sərəncamı ilə qəzetin baş redaktorunun müavini Məmmədova Mətanət Elmixan qızı “Əməkdar jurnalist” fəxri adı ilə , qəzetin məsul katibinin müavini Mirzəyeva Məhəbbət Bədəl qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.