Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilmişdir. Ölkə Prezidentinin həmin Sərəncamına əsasən Əlahiddə Ümumqoşun Ordu komandanı
general-leytenant
Kərəm Nəriman oğlu Mustafayevə
“general-polkovnik” hərbi rütbəsi verilmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da vardır.
Ağalarov Fazil Köçəri oğlu – general-mayor
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,
Əlibəyov Elxan Əlibəy oğlu – general-mayor
Seyidov İlham İsrayıl oğlu – polkovnik
“Vətən uğrunda” medalı ilə,
Hümbətov Ramal Səlim oğlu – mayor
Təhməzov Ceyhun Mirzəbaba oğlu – kapitan
“İgidliyə görə” medalı ilə təltif edilmişlər.