22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 88-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

 1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü, 4.5-ci və 4.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.0.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

2.4. həmin Qanunun 4.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

2.5. həmin Qanunun 5.0.1-ci, 5.0.2-ci, 5.0.4-cü və 5.0.6-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, 5.0.3-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, 5.0.7-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 16 iyun 2020-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR