Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 16 iyun tarixli sərəncamları ilə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının səhiyyə işçiləri də vardır.
Həsənov Nəcəf İsa oğlu
“Tərəqqi” medalı ilə,
Səfərov Ələddin İbrahim oğlu
“Əməkdar həkim”,
Orucova Həvva Abbasqulu qızı
“Əməkdar tibb işçisi” fəxri adları ilə təltif edilmişlər.