Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 4 iyun tarixli sərəncamları ilə Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları da vardır.
Əliyev Azad Bayraməli oğlu
Hacıyev Həsən Əlövsət oğlu
İsgəndərov Pərviz Ələkbər oğlu
Pircanov Mikayıl Abdulla oğlu
“Tərəqqi” medalı ilə,
Allahverdiyev Yəhya Salman oğlu
“Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişlər.