Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən:
Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilir.
Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilir.
Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilir.
Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilir.
Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilir.
Digər sərəncamla Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilir.
Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilir.
Daha bir sərəncamla isə aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilirlər:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:
Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri
Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri
Hər 3 sərəncam imzalandığı gündən qüvvəyə minir.