22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1540; 2016, № 5, maddə 859; 2017, № 7, maddə 1365) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə “Azərbaycan Respublikasının qanunlarını” sözləri “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını” sözləri ilə əvəz edilsin;

2. 1.10-cu bənddən “təcrübədə” sözü çıxarılsın;

3. 2.2.6-cı yarımbənddən “və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsini” sözləri çıxarılsın;

 

4. aşağıdakı məzmunda 3.0.6-1-ci və 3.0.6-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.6-1. yaratdığı elmi müəssisələrin fəaliyyətini tənzimləyir, inkişafına dəstək verir;

3.0.6-2. tabeliyindəki elmi tədqiqat müəssisələrinin, yenidən təşkil və ya ləğv edilməsi haqqında qərarlar qəbul edir və həmin qərarların icrasını təmin edir;”;

5. 3.0.11-ci və 4.0.6-cı yarımbəndlərdən “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri çıxarılsın.

6. 3.0.13-cü yarımbənddə “yaradılmasına kömək” sözləri “yaradılmasını həyata keçirir və fəaliyyətini təmin” sözləri ilə əvəz edilsin;

7. aşağıdakı məzmunda 3.0.14-1-ci yarımbənd əlavə edilsin:

“3.0.14-1. innovasiya fondunda toplanmış vəsaitdən təyinatı üzrə istifadəni təmin edir;”;

8. 3.0.26-cı yarımbənddə “və innovasiya siyasətini” sözləri “, innovasiya siyasətini, bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyətini” sözləri ilə əvəz edilsin;

9. aşağıdakı məzmunda 3.0.26-1-ci yarımbənd əlavə edilsin:

“3.0.26-1. sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldir;”;

10. 3.0.30-cu yarımbənddə “elmi idarələri elmi əlaqələr yaradır, bu əlaqələri” sözləri “müvafiq elmi qurumları ilə əlaqələr yaradır və” sözləri ilə əvəz edilsin;

11. 4.0.4-cü yarımbənddən “dövlət arxivinə təhvil vermədən” sözləri çıxarılsın;

12. 4.0.7-ci yarımbəndə “təsis etmək” sözlərindən sonra “, onların fəaliyyətini təşkil etmək” sözləri əlavə edilsin;

13. aşağıdakı məzmunda 4.0.13-1-ci və 4.0.14-1-ci yarımbəndlər əlavə edilsin:

“4.0.13-1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla fundamental, eksperimental və tətbiqi tədqiqatlar aparan, elmi tədqiqat işlərinin tətbiqini təmin edən elmi müəssisələr yaratmaq;”;

“4.0.14-1. fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına innovasiya fondu yaratmaq;”;

14. 4.0.14-cü yarımbənddə “əlaqələndirmək məqsədi ilə” sözləri “həyata keçirmək və əlaqələndirmək məqsədilə” sözləri ilə əvəz edilsin;

15. 4.0.24-cü yarımbəndə “inkişafı” sözündən sonra “, habelə həmin məqsədlə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi” sözləri əlavə edilsin;

16. 4.0.25-ci yarımbənddə “telekommunikasiya və informasiya” sözləri “informasiya-kommunikasiya” sözləri ilə əvəz edilsin;

17. 5.5-ci bənddə “, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər” sözləri “və əcnəbilər” sözləri ilə əvəz edilsin;

18. aşağıdakı məzmunda 5.6-1-ci bənd əlavə edilsin:

“5.6-1. Akademiyanın Rəyasət Heyətinin fəxri doktor seçmək hüququ vardır.” ;

19. 5.7-ci bənddə “və həmin üzvün razılığı əsasında” sözləri “qərarı ilə” sözləri ilə əvəz edilsin;

20. 5.11-ci bənddə “elmi-təşkilati tapşırıqlarını yerinə yetirməli, Akademiyanın və tərkibində olduqları elmi bölmənin ümumi yığıncaqlarında iştirak etməlidirlər” sözləri “ümumi yığıncaqlarında iştirak etməli və tapşırıqlarını yerinə yetirməlidirlər” sözləri ilə əvəz edilsin;

21. 5.13-cü bənddə “tərkibindədir” sözü “tərkibində təmsil olunur” sözləri ilə əvəz edilsin;

22. 5.15-ci bənddə “bürosunun” sözü “elmi şuralarının” sözləri ilə, “büroları” sözü “elmi şuraları” sözləri ilə, “məsələlər” sözü “məsələləri” sözü ilə əvəz edilsin;

23. 5.19-cu bəndin birinci cümləsində “, müxbir, xarici və fəxri” sözləri “və müxbir” sözləri ilə, həmin bəndin ikinci cümləsində “, xarici və fəxri” sözləri “və xarici” sözləri ilə, “və ilə” sözləri “ilə” sözü ilə əvəz edilsin;

24. 5.20-ci, 8.14-cü, 10.5-ci, 10.6-cı, 10.11-ci, 11.17-ci, 11.19-cu və 12.7-ci bəndlər, 7.9.15-ci, 7.9.16-cı, 8.19.6-cı, 8.19.7-ci, 10.2.6-cı, 10.2.7-ci yarımbəndlər ləğv edilsin;

25. 6.6-cı bənddən “ümumi” sözü çıxarılsın;

26. 7.8-ci bənddə “baxdığı” sözü “müzakirə etdiyi” sözləri ilə əvəz edilsin;

27. 7.9.1-ci yarımbənddə “komissiyanın” sözü “komissiyasının” sözü ilə əvəz edilsin;

28. 7.9.13-cü yarımbəndə “prezidentini,” sözündən sonra “birinci vitse-prezidentlərini,” sözləri əlavə edilsin və həmin bənddən “elmi bölmələrin akademik-katiblərini” sözləri çıxarılsın;

29. 7.9.14-cü yarımbəndə “sədrini” sözündən sonra “və üzvlərini” sözləri əlavə edilsin;

30. 7.14-cü bənddə “bölmə büroları” sözləri “bölmələrin elmi şuraları” sözləri ilə əvəz edilsin;

31. 8.2-ci bənd üzrə:

31.1. birinci cümləyə “prezidentindən,” sözündən sonra “birinci vitse-prezidentlərindən,” sözləri əlavə edilsin və həmin cümlədən “elmi bölmələrin akademik-katiblərindən,” və “və Akademiyanın digər həqiqi üzvlərindən” sözləri çıxarılsın;

31.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Akademiyanın digər həqiqi üzvləri də Rəyasət Heyətinin üzvü seçilə bilərlər.”;

32. 8.7-ci bənddə “seçilənədək” sözü “seçilərkən” sözü ilə, “5 il” sözləri “dövr” sözü ilə əvəz edilsin;

33. 8.8-ci bənddə “yığıncağının sessiyaları” sözləri “yığıncaqları” sözü ilə əvəz edilsin;

34. 8.13-cü bənddə “vitse-prezidentləri” sözləri “birinci vitse-prezidentləri, vitse-prezidentləri və akademik-katibi” sözləri ilə əvəz edilsin;

35. 8.14-cü bənd ləğv edilsin;

36. 8.15-ci bəndə “Akademiyanın” sözündən sonra “birinci” sözü əlavə edilsin;

37. 8.15.1–8.15.4-cü yarımbəndlər müvafiq olaraq 8.15.3–8.15.6-cı yarımbəndlər hesab olunsun, aşağıdakı məzmunda 8.15.1-ci və 8.15.2-ci yarımbəndlər əlavə edilsin:

“8.15.1. rəhbərlik etdiyi elmi bölmə (bölmələr) üzrə müəyyən edilmiş elmi istiqamətlərin həyata keçirilməsinə cavabdehdir;

8.15.2. Akademiya prezidentinin ona həvalə etdiyi vəzifələri yerinə yetirir;”.

38. 8.15.3-cü yarımbəndə “ümumi” sözündən əvvəl “bölmənin” sözü, “təşkil edir” sözlərindən sonra “, iclaslarını çağırır və keçirir” sözləri əlavə edilsin;

39. 8.15.4-cü yarımbənddə “təmsil etdiyi elmi bölmə” sözləri “rəhbərlik etdiyi elmi bölmə (bölmələr)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “bu bölmənin” sözlərindən sonra “(bölmələrin)” sözləri əlavə edilsin;

40. 8.15.5-ci yarımbənddə “təmsil etdiyi elmi bölmədə” sözləri “elmi bölmənin ümumi yığıncağında” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “məruzə edir” sözlərindən sonra “və icrasına nəzarəti həyata keçirir” sözləri əlavə edilsin;

41. 8.15.6-cı yarımbənddən “və dünyada” sözləri çıxarılsın;

42. aşağıdakı məzmunda 8.15.7-ci yarımbənd və 8.15-1-ci bənd əlavə edilsin:

“8.15.7. rəhbərlik etdiyi elmi bölmənin (bölmələrin) ümumi yığıncağında bölmənin elmi şurasının Akademiya prezidentinin müəyyən etdiyi say tərkibində seçkisini təşkil edir, həmin bölmənin (bölmələrin) elmi şurasının iclaslarını aparır və elmi şurada qəbul olunmuş qərarların həyata keçirilməsini təşkil edir.

8.15-1. Akademiyanın vitse-prezidenti:

8.15-1.1. təmsil etdiyi elmi bölmənin (bölmələrin) fəaliyyətinə rəhbərlik edir, həmin elmi bölmənin (bölmələrin) ümumi yığıncağının işini təşkil edir, iclaslarını çağırır və keçirir;

8.15-1.2. rəhbərlik etdiyi elmi bölmənin (bölmələrin) fəaliyyəti ilə əlaqədar məsələləri Akademiyanın prezidenti ilə razılaşdırır və birinci vitse-prezidentlə əlaqələndirir;

8.15-1.3. rəhbərlik etdiyi elmi bölmənin (bölmələrin) elmi şurasının Akademiya prezidentinin müəyyən etdiyi say tərkibində seçkisini təşkil edir, həmin elmi bölmənin (bölmələrin) elmi şurasının iclaslarını aparır.”;

43. 8.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.17. Akademiyanın akademik-katibi vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur və öz fəaliyyətini rəhbərlik etdiyi elmi katiblər vasitəsilə həyata keçirir, Rəyasət Heyəti aparatının tərkibindəki şöbələrin işini əlaqələndirir.”;

44. 8.19.2-ci yarımbənddən “uzunmüddətli” sözü çıxarılsın;

45. 8.19.4-cü yarımbəndə “müəyyən edir” sözlərindən sonra “, onların təşkili, yenidən təşkili, strukturunun dəyişdirilməsi və ya ləğvi ilə bağlı məsələləri həll edir” sözləri əlavə edilsin;

46. 8.19.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.19.12. Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasında fundamental və tətbiqi elmlərin vəziyyəti və Azərbaycan alimlərinin əldə etdikləri mühüm elmi nəticələrlə bağlı elmi-təşkilati fəaliyyəti haqqında illik hesabatı və təklifləri təqdim edir”;

47. 8.19.17-ci yarımbənddə “fəaliyyətinə rəhbərlik edir” sözləri “fəaliyyətini əlaqələndirir” sözləri ilə əvəz edilsin;

48. 8.19.21-ci yarımbənddən “və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsilalanlar” sözləri çıxarılsın;

49. 8.19.28-ci yarımbənddə “və sosial xidmət” sözləri “, sosial xidmət və elmi-istehsalat” sözləri ilə əvəz edilsin;

50. 8.20-ci bənddə “baxdığı” sözü “müzakirə etdiyi” sözləri ilə əvəz edilsin;

51. 9.3-cü bənddə “üzvlərinin” sözü “üzvlərin” sözü ilə əvəz edilsin;

52. 9.4-cü bənddən “şəxsən” sözü çıxarılsın;

53. 9.5.2-ci yarımbənddən “Rəyasət Heyətinin” sözləri çıxarılsın;

54. 9.5.6-cı yarımbənddə “və sosial xidmət müəssisələri arasında Akademiyanın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş” sözləri “, sosial xidmət və elmi-istehsalat müəssisələri arasında” sözləri ilə əvəz edilsin;

55. aşağıdakı məzmunda 9.5.12-1 – 9.5.12-3-cü yarımbəndlər əlavə edilsin:

“9.5.12-1. Akademiya prezidentinin müşavirini (müşavirlərini), köməkçisini və innovasiya fəaliyyəti üzrə məsləhətçilərini təyin edir və onların fəaliyyətini istiqamətləndirir;

9.5.12-2. Katiblik yaradır, onun tərkibini müəyyən edir və rəhbərini vəzifəyə təyin edir;

9.5.12-3. innovasiya fondunu yaradır, toplanan maliyyə vəsaitinin Akademiya əməkdaşlarının sosial müdafiəsinə, mükafatlandırılmasına və elmin inkişafı üçün zəruri məsələlərin həllinə yönəldilməsini təmin edir;”;

56. 9.6-cı bənddə “vitse-prezidentlərdən birinə” sözləri “birinci vitse-prezidentlərinə” sözləri ilə əvəz edilsin;

57. aşağıdakı məzmunda 9.7-ci bənd əlavə edilsin:

“9.7. Katiblik Akademiya prezidentinin tapşırıqlarını yerinə yetirir, onun fəaliyyətini digər qurumlarla əlaqələndirir və Katiblikdə kargüzarlığın aparılması işini təşkil edir.”;

58. 10.1-ci bənddə “üzvlərini və” sözləri “üzvlərini,” sözü ilə, “mərkəzdir” sözü “qurumdur” sözü ilə əvəz edilsin və həmin bənddən “digər” sözü çıxarılsın;

59. 10.3-cü bənddə “bölmə bürosu, bölmənin akademik-katibinin” sözləri “bölmənin elmi şurası, bölmənin” sözləri ilə əvəz edilsin;

60. 10.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“10.4. Elmi bölmələrin fəaliyyətinə rəhbərliyi Akademiyanın birinci vitse-prezidentləri, vitse-prezidentləri və regional elmi bölmələrin sədrləri həyata keçirirlər.”;

61. 10.7.2-ci yarımbənddə “maddi və elmi” sözləri “elmi və maddi-texniki” sözləri ilə əvəz edilsin;

62. 10.7.3-cü yarımbəndə “nəzdində olan” sözlərindən sonra “elmi müəssisələrin,” sözləri əlavə edilsin və həmin bənddə “möhkəmləndirir” sözü “əlaqələndirir” sözü ilə əvəz edilsin;

63. 10.7.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“10.7.4. elmi müəssisə və təşkilatlara, ali təhsil müəssisələrinə, elmi fəaliyyətlə məşğul olan digər qurumlara elmi-metodiki rəhbərliyi həyata keçirir;”;

64. 10.8-ci bəndin birinci cümləsindən “və Akademiyanın elmi müəssisələrindən nümayəndə göndərilmiş elmi əməkdaşlardan” sözləri çıxarılsın və həmin bəndin ikinci cümləsi ləğv edilsin;

65. 10.12-ci bənddə “bölmənin akademik-katibi” sözləri “bölmə” sözü ilə əvəz edilsin və həmin bənddən “elmi bölmə tərəfindən” sözləri çıxarılsın;

66. 10.13-cü bənd üzrə:

66.1. birinci cümlədə “Elmi bölmənin akademik-katibi elmi bölmənin fəaliyyətinə rəhbərlik və büro iclaslarına sədrlik” sözləri “Elmi bölmənin işinə ümumi rəhbərlik edən birinci vitse-prezident, vitse-prezident elmi bölmənin ümumi yığıncağının işini təşkil” sözləri ilə əvəz edilsin və həmin cümlədə “məruzə edir,” sözlərindən sonra “Akademiyanın Prezidentinə,” sözləri əlavə edilsin;

66.2. ikinci cümlə ləğv edilsin;

67. aşağıdakı məzmunda 10.13-1-ci bənd əlavə edilsin:

“10.13-1. Elmi bölmənin işinə ümumi rəhbərliyi həyata keçirən birinci vitse-prezident və vitse-prezident öz fəaliyyətlərini həmin bölmə üzrə köməkçi (köməkçilər), elmi katib (elmi katiblər) və digər mütəxəssislər vasitəsilə həyata keçirirlər və həmin bölmənin fəaliyyətinə görə cavabdehdirlər.”;

68. 10.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“10.14. Elmi bölmənin ümumi yığıncağının iclasları arasındakı dövrdə onun işini bölmənin elmi şurası təşkil edir.”;

69. aşağıdakı məzmunda 10.14-1-ci bənd əlavə edilsin:

“10.14-1. Elmi bölmənin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən birinci vitse-prezident və ya vitse-prezident həmin bölmənin ümumi yığıncağının iclasında elmi şuranın Akademiya prezidentinin müəyyən etdiyi say tərkibində seçkisini təşkil edir.”;

70. 10.15-ci bənddə “Akademik-katibin müavinləri və büro üzvləri elm bölmənin ümumi yığıncağında” sözləri “Bölmənin elmi şurasının tərkibi” sözləri ilə əvəz edilsin;

71. 10.16-cı bənddə “Elmi bölmə bürosunun” sözləri “Bölmə elmi şurasının” sözləri ilə əvəz edilsin;

72. 10.17-ci bənddə “ Elmi bölmənin bürosu” sözləri “Bölmə elmi şurası” sözləri ilə əvəz edilsin;

73. 11.2-ci bənddən “Akademiyanın adından” sözləri çıxarılsın;

74. 11.3-cü bənddə “, eləcə də” sözləri “həllinə,” sözü ilə, “rəvac verən” sözləri “kömək edir və həmin” sözləri ilə əvəz edilsin;

75. 11.8-ci bəndin birinci cümləsinə “sədri” sözündən sonra “Akademiyanın ümumi yığıncağında” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi ləğv edilsin;

76. 11.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“11.9. Regional elmi bölmənin Rəyasət Heyətinin üzvləri həmin regional bölmənin Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə və iclasda iştirak edənlərin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçilirlər.”;

77. aşağıdakı məzmunda 11.9-1-ci bənd əlavə edilsin:

“11.9-1. Naxçıvan bölməsinin sədri vəzifəsinə görə Akademiyanın vitse-prezidentinə bərabər tutulur. Akademiyanın ümumi yığıncağında seçilmiş Naxçıvan bölməsinin sədrini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin vəzifəyə təsdiq edir.”;

78. 11.12-ci bənddə “və təşkilatların” sözləri “təşkilatların” sözü ilə əvəz edilsin;

79. 11.14.1-ci və 11.14.2-ci yarımbəndlərdə “Mərkəz” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin;

80. 12.1-ci bənddə “və sosial xidmət” sözləri “, sosial xidmət və elmi-istehsalat” sözləri ilə əvəz edilsin;

81. 12.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“12.3. Akademiyanın yüksək texnologiyalar parkları, təcrübə-sənaye qurumları, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübə-istehsal, layihə-texnoloji təşkilatları, habelə dayaq məntəqələri elmi-istehsalat müəssisələridir.”;

82. aşağıdakı məzmunda 12.3-1-ci bənd əlavə edilsin:

“12.3-1. Akademiyanın kitabxanaları və arxivləri elmi xidmət müəssisələridir.”;

83. 12.8-ci bənddə “başçılıq” sözü “rəhbərlik” sözü ilə əvəz edilsin;

84. aşağıdakı məzmunda 12.10-1-ci bənd əlavə edilsin:

“12.10-1. Akademiyanın elmi, elmi xidmət, sosial xidmət, xidmət, elmi-istehsalat müəssisələrinin yenidən təşkili, strukturunun dəyişdirilməsi Akademiyanın Rəyasət Heyətinin qərarı ilə həyata keçirilir.”;

85. 13.5-ci bənddə “elm yönlü” sözləri “elmi” sözü ilə əvəz edilsin;

86. 14.8-ci bənddə “idarəsi” sözü “qurumu” sözü ilə, “verir” sözü “təqdim edir” sözləri ilə əvəz edilsin;

87. 14.10-cu bəndə “nəticələrinə” sözündən sonra “dair” sözü əlavə edilsin;

88. 15.1-ci və 15.2-ci bəndlərə “onda” sözündən sonra “edilən” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2020-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR