22 Dekabr 2024, Bazar

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 31-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

 1. Adında “30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və” sözləri “mayın 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və aprelin 1-dən 30-dək” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissədə “çağırış gününədək” sözləri “2020-ci il aprelin 30-dək” sözləri ilə, “30-dək” sözləri “mayın 31-dək” sözləri ilə əvəz edilsin. 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 mart 2020-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR