Prezident İlham Əliyev martın 9-da Ceyhun Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilsin".