Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə Qızıl Aypara Cəmiyyətinin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşı təltif edilmişdir. Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Vəliyev Yaşar Vəli oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.