Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2019-cu il 21 dekabr tarixli 29-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi işsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.
4. Bu Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 dekabr 2019-cu il