22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2019-cu il 21 dekabr tarixli 28-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi:
2.1. həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin;
2.2. həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin.
3. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Fondun 2020-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin.
4. Şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli qurumları ilə birlikdə tədbirlər həyata keçirsinlər.
5. Bu Fərman 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

VASİF TALIBOV 

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri  

Naxçıvan şəhəri, 21 dekabr 2019-cu il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR