Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Мaddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin gəlirləri 93 650 000,0 manat, xərcləri 178 650 000,0 manat, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 85 000 000,0 manat məbləğində təsdiq edilsin.
Мaddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Маddə 4. Qalıq vəsaitlərdən istifadə
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Маddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 21 dekabr 2019-cu il