22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası 2019-cu il dekabr ayının 21-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
6. Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

VASİF TALIBOV 

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri  

Naxçıvan şəhəri, 17 dekabr 2019-cu il

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR