Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada lift təsərrüfatı xidmətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Şəhər Lift Təmiri və İstismarı İdarəsinin əsasında “Naxçıvan Lift Xidməti”publik hüquqi şəxsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini və ştat strukturunu təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
VASİF TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 12 dekabr 2019-cu il