22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Şahbuz rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
2. Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və 2019-cu il noyabrın 1-dən fəaliyyətini təmin etsin;
3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il noyabrın 1-dən 50 faiz artırılmasını təmin etsin.
4. Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şahbuz Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.
5. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 oktyabr 2019-cu il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR