Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 27 mart tarixli Sərəncamı ilə Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları da vardır.
Kazımov Füzuli Şahsuvar oğlu – mayor
“Vətən uğrunda” medalı ilə,
Teymurov Elşad Elşən oğlu – kapitan
“İgidliyə görə” medalı ilə,
Vəliyev Heydər Vəli oğlu – mayor
“Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişlər.