22 Dekabr 2024, Bazar

Sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinamikasının qorunub saxlanmasını təmin etmişdir. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məh¬sulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olmuşdur. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir.
Aparılmış təhlillər və formalaşmış əlverişli iqtisadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təminatının gücləndirilməsi, yeni istehsal və xidmət sahələrinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaratmışdır.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikada növbəti mərhə-lədə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görsün.
3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 29 mart 2019-cu il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR