22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər 24 218 061,7 min manat, xərclər 24 425 914,0 min manat məbləğində olmaqla təsdiq edilsin.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 11 iyul 2020-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:  

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının və Azərbaycan Respublikası Hesablama Palatasının rəylərini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:

Ardını oxu...

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanalar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Ağayev Azay Akif oğlu - polis polkovnik-leytenantı

Ağayev Əlaslan Qaçay oğlu - polis polkovniki

Axundov Taləddin Bahadır oğlu - polis polkovniki

Azadəliyev Fəqan Cəbrayıl oğlu - polis polkovniki

Bağırov Eldar Həsən oğlu - polis polkovniki

Cabbarov Bəkir Bəşir oğlu - polis polkovniki

Əliyev İsmayıl İsrayıl oğlu - polis polkovniki

Hüseynəliyev Şərif Rövşən oğlu - polis polkovnik-leytenantı

İbrahimov Ələşrəf İbrahim oğlu- polis polkovniki

İmamverdiyev Ceyhun Rafiq oğlu- polis kapitanı

İmanov Ramin İman oğlu - polis polkovniki

İsmayılov Əkbər Məcid oğlu- polis polkovniki

Kərimov Elnur Elxan oğlu - polis polkovniki

Qarayev Polad Səhliyalı oğlu- polis polkovniki

Qocayev Şahin Musa oğlu - polis polkovniki

Məmmədzadə Nahid Şiraslan oğlu- polis polkovniki

Mirhəşimov Anar Böyükağa oğlu- polis polkovniki

Muradov Cavid Vidadi oğlu- polis polkovniki

Neymətov Süleyman Əsgər oğlu- polis polkovniki

Pənahov Səbuhi Faiq oğlu - polis polkovnik-leytenantı

Seyidov İlqar Fəxrəddin oğlu- polis general-mayoru

Seyidov Mirzeynalabdin Mir İsmayıl oğlu - polis polkovniki

“İgidliyə görə” medalı ilə

Əhmədov Orxan Məhəmməd oğlu- polis mayoru

İmanov Nəriman Bəxtiyar oğlu - polis polkovniki

İsmayılov Ayaz Muxtar oğlu- polis baş leytenantı

Səfərov Yamiddin Vəli oğlu- polis baş serjantı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il.

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:

polis general-leytenantı ali xüsusi rütbəsi

polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova

polis general-mayoru ali xüsusi rütbəsi

polis polkovniki Teymur Kamil oğlu Hacıyevə

polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il.

 

Azərbaycan Respublikası xarici dövlətlərlə ticarət-iqtisadi, elmi-texniki, humanitar, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsinə və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə mühüm önəm verir.

Ötən illərdə xarici tərəfdaşlarla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi milli iqtisadiyyatımızın şaxəli inkişafına və onun qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfə vermişdir. Xarici ölkələrlə əməkdaşlıq üzrə yaradılmış birgə komissiyaların Azərbaycan tərəfi də bu istiqamətdə görülən işlərin effektiv həyata keçirilməsinə əhəmiyyətli dəstək göstərmişdir.

Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyətinin effektiv formada təşkili və hesabatlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 78 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İsmayıllı rayonunun əhalisi 37660 nəfər olan 7 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Ardını oxu...

145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. 

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki:

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2020-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Babayev Abdulla Balasaday oğlu

Dadaşov Nadir Dərya oğlu

Əsədov Adışirin Zeynalabdin oğlu

Qəhrəmanov Nəsib Bafadar oğlu

Nəzərov Rasim Mikayıl oğlu

“Tərəqqi” medalı ilə

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Abbasov Şəmsəddin Mustafa oğlu

Osmanov Mikayıl İdris oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilmişdir. Ölkə Prezidentinin həmin Sərəncamına əsasən Əlahiddə Ümumqoşun Ordu komandanı  

general-leytenant
Kərəm Nəriman oğlu Mustafayevə

“general-polkovnik” hərbi rütbəsi verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı şəxslər təltif edilsinlər:

Ardını oxu...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” hərbi rütbəsi

general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

polkovnik Ramil Əlimran oğlu Əsgərova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2020-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 25 iyun 2020-ci il.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR