Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul Azərbaycan Respublikası təhsil nazirinin 46-11-6347/17 saylı 5 oktyabr 2015-ci il tarixli əmrinə uyğun olaraq təsdiq edilmiş plana əsasən aparılır.
Doktoranturuya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ödənişli əsaslarla, qiyabi şöbəyə
Botanika – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer
Azərbaycan dili – 1 yer
German dilləri – 1 yer
Jurnalistika – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer.
Dissertanturaya büdcə hesabına
Yarımkeçiricilər fizikası – 1 yer
Parazitologiya – 1 yer
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) – 1 yer
Ümumi iqtisadiyyat – 2 yer
Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer
Azərbaycan dili – 1 yer
German dilləri – 1 yer
Azərbaycan ədəbiyyatı – 1 yer
Dünya ədəbiyyatı (rus ədəbiyyatı) – 1 yer
Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer.
Dissertanturaya ödənişli əsaslarla
Analiz və funksional analiz – 1 yer
Botanika – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Müəssisələrin təşkili və idarə olunması – 1 yer
Beynəlxalq hüquq; insan hüquqları – 1 yer
Konstitusiya hüququ; bələdiyyə hüququ – 1 yer
Azərbaycan dili – 1 yer
Sosial fəlsəfə – 1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universiteti rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya büdcə hesabına, qiyabi şöbəyə
Qeyri-üzvi kimya – 1 yer
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası – 1 yer
Dissertanturaya büdcə hesabına
Ümumi iqtisadiyyat – 1 yer
Dissertanturaya ödənişli əsaslarla
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) – 1 yer
Azərbaycan dili – 1 yer.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universiteti rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya sənədlər 2015-ci il 15 oktyabr – 15 noyabr tarixlərdə qəbul edilir.
Qəbul imtahanları 2015-ci il 15 noyabr- 1 dekabr tarixlərdə keçiriləcəkdir.