Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu orqanlarında işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 10 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin qəbulu 2015-ci il noyabr ayının 1-dək davam etdirilir.
Sənədlər Naxçıvan şəhəri, Atatürk küçəsi 22-də yerləşən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasının qəbul otağında hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 1000-dan 1800-dək qəbul olunur.
Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmalı və ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Test tapşırıqlarının hazırlanmasında Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının konstitusiyalarından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və digər qanunlardan, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasından istifadə ediləcəkdir.
Əlavə məlumatlar almaq üçün
545-03-14, 545-03-15 nömrəli
telefonlar vasitəsilə müraciət etmək olar