Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq icra məmuru vəzifələrinə müsabiqə elan etmişdir. Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, sənədlərin qəbulu 2015-ci il sentyabr ayının 10-dək uzadılmışdır. İcra məmuru vəzifələrinə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. İcra məmuru vəzifələrinə işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər 2 ədəd ağ fonda, 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.
Əlavə məlumatlar almaq üçün
545-00-69; 545-22-30 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.