Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5 % məbləğində beh “Kapital Bank” Naxçıvan Muxtar Respublikası Baş İdarəsindəki AZ 87 AİİB 45090249443100007500 nömrəli hesabına və “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesabına 17 avqust 2015-ci il tarixədək ödənməlidir.
Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auksion Mərkəzinin Maliyyə Nazirliyindəki № AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Heydər Əliyev prospekti, 6) qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün komissiyaya aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- kommersiya banklarına ödəniləcək behin qəbzi;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 21 avqust 2015-ci il tarixdə saat 1000-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.
Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38