Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını emal müəssisəsi və soyuducu anbarlar aşağıda qeyd olunan qiymətlərlə qəbul edir.
- kartof I növ – 40 qəpik
- kartof II növ – 30 qəpik
- soğan I növ – 35 qəpik
- soğan II növ – 25 qəpik
- alma I növ – 50 qəpik
- şaftalı II-III növ – 22 qəpik
- ərik II-III növ – 15 qəpik
Məlumat üçün qeyd olunan məhsulları tədarük edən emal müəssisəsi və soyuducu anbarların ünvanını, əlaqə telefonlarını bildiririk.
Qeyd: Kənd təsərrüfatı məhsullarının istehsalçıları öz məhsullarını mövcud anbarlarda saxlamaq üçün soyuducu anbarların sahibkarlarına müraciət edib icarə müqaviləsi bağlayaraq məhsulları anbarlarda saxlaya bilərlər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyi