Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “bərbər” peşəsi üzrə kurs təşkil edir. Tədrisin müddəti 2 aydır. Muxtar respublikanın rayonları üzrə tələbat aşağıdakı kimidir:
Əqli və fiziki potensialları “bərbər” peşəsi üzrə çalışmağa uyğun olan sağlamlıq imkanları məhdud şəxslər də müraciət edə bilərlər. Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2015-ci il aprel ayının 30-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.
Əlaqə telefonu: 545-32-33