22 Dekabr 2024, Bazar

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu 01.05.2015-ci il tarixdən 31.05.2015-ci il tarixədək aparılır. İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə (blank Vergilər Nazirliyi tərəfindən verilir)
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti
3. Kadrların şəxsi uçot vərəqəsi
4. Tərcümeyi-hal
5. 4x6 sm ölçüdə 2 ədəd, 9x12 sm ölçüdə 1 ədəd, 2,5x3,5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkillər
6. Ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkə­də təhsil almış namizədlərin diplomları qanunamüvafiq qaydada notarifikasiya olunmalıdır)
7. Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış
8. Yaşadığı yerin poliklinikasından­ sağlamlıq barədə arayış
9. Psixi Xəstəliklər Dispanserindən arayış və yoxlama aktı
10. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
11. Nikah, uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətləri
12. Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş).
Bu sənədlərdən hər hansı biri çatışmadıqda və ya saxta olduğu aşkar edildikdə namizəd müsabiqəyə buraxılmır. Sənəd qəbulu zamanı əyani şöbədə ali təhsil alan, hərbi xidmətdə olmayan, ali təhsilə malik olmayan, yaşı 35-i keçmiş, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir. Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla), iqtisadiyyat, hüquq və beynəlxalq iqtisadi münasibətlər üzrə ixtisas sahələrindən birinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə yalnız aşağıda göstərilən 43 sayda vakant yer üzrə iş təklif ediləcəkdir:

1. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi – 16 yer
2. Naxçıvan Şəhər Vergilər İdarəsi – ­3 yer
3. Babək Rayon Vergilər Şöbəsi – 6 yer
4. Ordubad Rayon Vergilər Şöbəsi – 4 yer
5. Kəngərli Rayon Vergilər Şöbəsi – 7 yer
6. Şahbuz Rayon Vergilər Şöbəsi – 5 yer
7. Sədərək Rayon Vergilər Şöbəsi – 2 yer.

Qeyd: Müsabiqəni müvəffəqiyyətlə keçmiş, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olan namizədlər fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.
Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR