Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ümumtəhsil məktəblərinin VII-XI siniflərində tədris olunan fənlər üzrə ixtisaslı müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyənlər 2015-ci il mayın 1-dən 31-dək aşağıdakı sənədləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yaradılmış sənəd qəbulu komissiyasına təqdim edə bilərlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;
- iş yerindən arayış.
Müsabiqə 1-10 iyun 2015-ci il tarixlərdə hər bir fənn üzrə test üsulu ilə aparılacaqdır.
Əlavə məlumat üçün qeyd olunan telefonlarla sənəd qəbulu komissiyasına müraciət olunmalıdır.
Əlaqə telefonları:
545-02-16; 545-02-06
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi