vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir
Müsabiqəyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mərkəzi aparatı üzrə 9, Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi üzrə 14, Dövlət Sularda Xilasetmə İdarəsi üzrə 5, Xüsusi Riskli Xilasetmə Xidməti üzrə 2 vakant vəzifə çıxarılmışdır.
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Test imtahanından keçmiş şəxslər qanunvericiliklə müəyyən olunmuş sənədləri fövqəladə hallar orqanına təqdim etdikdən sonra müsabiqənin müsahibə mərhələsinə buraxılırlar.
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənəd;
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu təqdirdə);
-ağ fonda 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə).
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən, fiziki və əqli qüsurlarına görə fövqəladə hallar orqanlarında işləməyə qadir olmayan, hüquq-mühafizə orqanlarında və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər müsabiqəyə buraxılmırlar.
Müsabiqədə müvafiq ixtisas üzrə ali təhsilli şəxslər iştirak edə bilərlər.
Sənədlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi) 7 may 2014-cü il tarixədək hər gün (bazar günləri istisna olmaqla) saat 900-dan 1800-dək qəbul olunacaqdır.
Əlaqə telefonları: (036) 544-48-31, (036) 544-48-37