22 Dekabr 2024, Bazar

2014-2015-ci tədris ilində namizəd qəbulu qaydaları

Ümumi müddəalar:
    Təlim dili: Azərbaycan dili
    Təhsil forması: əyani
    Təhsil müddəti: 3 il
Yaş həddi: 15 sentyabr 2014-cü il tarixədək 14 yaşı taman olan və 16 yaşı tamam olmayan (15.09.1998-15.09.2000-ci illər təvəllüdlü) orta ümumtəhsil məktəbinin 8-ci sinfini bitirmiş oğlanlar qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq arzusunda olan namizədlər 30.04.2014-cü il tarixədək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. Tərcümeyi-hal
2. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş)
3. Xasiyyətnamə
4. Oxuduğu sinfin 1-ci yarımilin qiymət cədvəli
5. Qeydiyyat (yaşayış) yerindən ailə tərkibi haqqında arayış
6. 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, 3x4 sm. ölçüdə)
7. Valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri
8. Burunətrafı boşluqların rentgenoqrafiyası
9. Döş qəfəsinin rentgenoqrafiyası
10. Sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ
11. Qanın ümumi analizi, qan qrupu və rezus faktor
12. Qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri
13. Qanın hepatit C və hepatit B-yə aid müayinələrinin nəticələri
14. Sidiyin ümumi analizi
15. Nəcisdə helmintlərin yumurtalarının müayinəsinə aid tibbi sənəd
16. Dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə
17. Psixonevroloji, Narkoloji, Vərəm, Dəri-Zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar
18. Xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olması haqqında məlumatlar, ambulator xəstənin tibb kartası (keçirilmiş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibb kartasından çıxarışlar, rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibbi kartası – forma № 26/U).
Naxçıvan Muxtar Respublikasında yaşayan və hərbi tibb  fakültəsinə, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Hərbi Liseyə müraciət etməlidirlər.
Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə) namizəd tərəfindən şəxsən təqdim olunur.

Əlaqə telefonları: (036) 544-00-15, 544-00-16

Hərbi liseyə qəbul 2 mərhələdə keçirilir


1-ci mərhələdə bütün hərbi təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər Heydər Əliyev adına Hərbi Liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlərə dövlət test imtahanlarına buraxılış vərəqəsi verilir.
Hərbi həkim komissiyasının tarixi sənəd qəbulu vaxtı bildiriləcək.
2-ci mərhələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilir.
Abituriyentlər I qrup üzrə Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənlərindən Azərbaycan dilində test imtahanı verirlər.
Namizədlər Heydər Əliyev adına Hərbi Liseyə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər.
İmtahanın tarixi əlavə olaraq bildiriləcək.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR