Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası 28 mart 2014-cü il tarixdə saat 1000-da Naxçıvan Şahmat Mərkəzində şahmat üzrə test imtahanları keçirəcək. İmtahanda ali pedaqoji təhsili olanlar iştirak edə bilərlər.
İmtahanlarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi
2. Ali təhsil haqqında sənəd və ya sənədin notariusda təsdiq olunmuş surəti.
Tələb olunan sənədləri təqdim etməyənlər imtahana buraxılmayacaqlar.