Naxçıvan “Şüşə Qablar” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə komissiyası əmək kollektivinə güzəştli satışın başlandığını elan edir.
Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:
-əsas iş yeri həmin müəssisə sayılan işçilər;
-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;
-özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;
-1 yanvar 1995-ci il tarixdən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olmuş və işsiz statusu almış şəxslər.
Güzəştli satışa sifarişlər cəmiyyətdə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 22 fevral 2014-cü il tarixdən 17 mart 2014-cü il tarixinə kimi qəbul edilir.
Sifarişin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.
Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 17 mart 2014-cü il tarixdə cəmiyyətdə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri 18 mart 2014-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə təqdim edilməlidir.
Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.
Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.