Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində “əl ilə xalça toxumaq” peşəsi üzrə kurs keçməyə dəvət edir. Tədris müddəti 1 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il dekabrın 20-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış
Əlaqə telefonu: 545-32-33