2014-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul elan edir
Fəlsəfə doktoru hazırlığı üzrə
Əyani şöbəyə
Vətən tarixi – 1 yer
Qiyabi şöbəyə
Qeyri-üzvi kimya – 1 yer
Ümumi iqtisadiyyat – 1 yer
Fiziki coğrafiya və biocoğrafiya torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer
German dilləri – 2 yer
Azərbaycan ədəbiyyatı – 2 yer
Memarlıq nəzəriyyəsi və tarixi abidələrin bərpası və rekonstruksiyası – 1 yer
Musiqi sənəti – 1 yer
Sosial fəlsəfə – 1 yer
Ödənişli əsaslarla, qiyabi
Ümumi iqtisadiyyat – 1 yer.
Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul Azərbaycan Respublikası təhsil nazirinin 46-11-7925/17 saylı 14 noyabr 2013-cü il tarixli əmrinə uyğun olaraq, təsdiq edilmiş plana əsasən aparılır.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
-Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
-kadrların şəxsi-qeydiyyat vərəqi;
-tərcümeyi-hal;
-iş yerindən xasiyyətnamə;
-3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
-iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
-şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Doktoranturaya sənədlər 2013-cü il 15 noyabr-5 dekabr tarixlərində qəbul edilir.
Qəbul imtahanları 2013-cü il 10 dekabr-31 dekabr tarixlərində keçiriləcəkdir.
Dissertantura yolu ilə fəlsəfə doktoru proqramı hazırlığı üzrə
Analiz və funksional analiz – 1 yer
Diferensial tənliklər – 1 yer
Yarımkeçiricilər fizikası – 2 yer
Fiziki kimya –1 yer
Botanika – 1 yer
Ümumi iqtisadiyyat – 2 yer
Beynəlxalq hüquq və insan hüquqları– 1 yer
Azərbaycan dili – 2 yer
German dilləri – 2 yer
Azərbaycan ədəbiyyatı – 1 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodikası – 3 yer
Musiqi sənəti – 1 yer
Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası – 1 yer.
Dissertanturaya ödənişli əsaslarla
Ümumi iqtisadiyyat – 1 yer
Azərbaycan dili – 1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada dissertantlıq yolu ilə təhsil müddəti 4 ildir.
Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:
-Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
-kadrların şəxsi-qeydiyyat vərəqi;
-tərcümeyi-hal;
-iş yerindən xasiyyətnamə;
-2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
-əmək kitabçasından çıxarış;
-çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
-şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru hazırlığı üzrə
Qiyabi şöbəyə
Ümumi iqtisadiyyat – 1 yer
Dünya ədəbiyyatı – 1 yer
Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 2 yer.
Ödənişli əsaslarla
Azərbaycan ədəbiyyatı – 1 yer.
Dissertantura yolu ilə elmlər doktoru proqramı hazırlığı üzrə
Botanika – 1 yer
Təlim-tərbiyə nəzəriyyəsi və metodikası– 1 yer
Musiqi sənəti – 1 yer;
Dünya ədəbiyyatı – 1 yer.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
-Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
-kadrların şəxsi-qeydiyyat vərəqi;
-tərcümeyi-hal;
-3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
-iş yerindən xasiyyətnamə;
-əmək kitabçasından çıxarış;
-çap olunmuş elmi işlərin siyahısı;
-fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
-şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya sənədlər 2013-cü il 15 noyabr-5 dekabr tarixlərində qəbul edilir.
İxtisaslar üzrə ayrılmış yerlərin sayı elmi müəssisələr üzrə təsdiq olunmuş planlarda göstərilmişdir.