İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Kəngərli rayonunun Xok icmasının tender komissiyası icma qrupunun hazırladığı “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki və insani resurslar barədə məlumat
* Son illərdə infrastruktur tipli layihələrdə iş təcrübəsinin olması
* Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu 8 noyabr 2013-cü il saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.
Kəngərli rayonu, Xok kəndi, tender komissiyası
icma qrupunun sədri Hicran Nağıyev
Əlaqə telefonu: (050) 599 19 44