Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq arzusunda olan şəxslər üçün elan olunan müsabiqə 10 noyabr 2013-cü il tarixədək uzadılır.
Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçirəcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə iştirak edəcəklər. Xarici dilləri, kompüter proqramlarını mükəmməl bilən namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədə (ixtisas imtahanlarında) iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
2. Kadrlar uçotunun şəxsi vərəqəsi
3. Tərcümeyi-hal
4. Ali təhsil haqqında diplomun surəti (diplomun əsli sənədlərlə birlikdə təqdim edilməlidir)
5. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar idarəsində) surəti
6. Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və yaxud forma № 9) surəti
7. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
8. Əqli cəhətdən sağlam olmaq barədə müvafiq dispanserdən arayış
9. 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil
10. Hərbi biletin surəti.
Sənədlərin qəbulu 10 noyabr 2013-cü il tarixədək hər gün saat 1000-dan 1700-dək (nahar fasiləsi istisna olmaqla) Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 5 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aparatının qəbul otağında aparılır.
Əlaqə vasitələri:
telefon: (036) 545-58-06
e-poçt:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.