Şahmat məktəblərində, orta məktəblərdə və ali təhsil ocaqlarında “şahmat” fənnini tədris etmək istəyənlər üçün test imtahanları keçiriləcək. Test imtahanlarında şahmat nəzəriyyəsindən biliyi olan və şahmat yarışlarında oyun praktikası olan hər kəs iştirak edə bilər.
Test imtahanlarının keçirilmə günləri:
1. 12 oktyabr 2013-cü il – Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
2. 13 oktyabr 2013-cü il – Naxçıvan Şəhər Şahmat Mərkəzi
3. 14 oktyabr 2013-cü il – Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbi
4. 17 oktyabr 2013-cü il – Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
5. 18 oktyabr 2013-cü il – Ordubad Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
6. 19 oktyabr 2013-cü il – Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
7. 20 oktyabr 2013-cü il – Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
8. 21 oktyabr 2013-cü il – Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
Test imtahanları saat 1100-də başlayır. Test imtahanlarından məqbul qiymət alanlara Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sertifikatı verilir. Bu, onun sahibinə müvafiq təhsil ocaqlarında “şahmat” fənnini tədris etmək hüququ verəcək.
Test imtahanlarında iştirak etmək istəyənlər müvafiq şahmat məktəblərinə müraciət edə bilərlər.
* * *
Naxçıvan Şəhər Peşə Liseyi 2013-2014-cü dərs ilində tələb olunan ərzaq məhsullarının satınalınması üçün kotirovka sorğusu elan edir. Kotirovka zərfi 11 oktyabr 2013-cü il tarixdə, saat 1100-də açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Əlaqələndirici şəxs: Abbasov Həsən Saleh oğlu, telefon: 545-25-80