Daşınmaz əmlakın icbari sığortası yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı vətəndaşlara dəyən zərərin ödənilməsinə təminat verir.
Yaşayış evləri və mənzillərin icbari sığorta məbləğləri və sığorta haqları aşağıdakı miqdarda müəyyən edilmişdir:
1. Naxçıvan şəhəri üzrə
– sığorta məbləği – 20000 manat
– sığorta haqqı – 40 manat
2. Digər rayon və şəhərlər üzrə
– sığorta məbləği – 15000 manat
– sığorta haqqı – 30 manat
Daşınmaz əmlakın icbari sığortası rayon (şəhər) Dövlət Sığorta agentliklərində aparılır.
Daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaşlardan xahiş olunur, onlara məxsus yaşayış evlərini, mənzilləri icbari qaydada sığorta etdirsinlər.
Naxçıvan Muxtar Respublikası Dövlət
Baş Sığorta Agentliyi
Sizin etibarlı təminatçınızdır!
Əlaqə telefonları: 545-94-60, 545-14-58