22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Mətbuat Şurası “Naxçıvan: inkişafın 10 ili” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqəyə fərdi jurnalist yazıları və publisistik məqalələr, tele­viziya və radio üzrə müəllif verilişləri təqdim olunur.

Müsabiqənin keçirilməsində məqsəd

Müsabiqənin keçirilməsində məqsəd son 10 ildə Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yoluna nəzər salmaq, bu sahədə televiziya və radio verilişlərinin, qəzet materiallarının hazırlanmasına nail olmaq, ümummilli lider Heydər Əliyevin siyasi kursunun muxtar respublikamızda həyata keçirilməsini jurnalist araşdırma materialları ilə təqdim etməkdən və jurnalistlərin bu mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqədə iştirak

Muxtar respublikanın kütləvi informasiya vasitələrində işləyən və mətbuatda yazılarla çıxış edən hər bir gənc jurnalist, eləcə də yaradıcılıq qabiliyyəti olan şəxslər (orta və ali məktəblərdə təhsil alan gənclər) müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazı və müəllif verilişlərinə aid tələblər

1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı və müəllif verilişi təqdim edə bilər.
2. Yazı “Şərq qapısı”, şəhər və rayon qəzetlərində dərc edilməli, müəllif verilişləri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teleradiolarda nümayiş olunmalıdır.
3. Yazıda və müəllif verilişlərində “Naxçıvan: inkişafın 10 ili” müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunmuş yazı və müəllif verilişlərinin qiymətləndirmə meyarları

- mövzunun əhatə olunması;
- jurnalist araşdırması və əsaslandırma;
- materialların orijinal kompozisiya həlli.

Müsabiqənin keçirilmə vaxtı

Müsabiqə 1 sentyabr 2013-cü il tarixdən 1 noyabr 2013-cü il tarixədək olan müddətdə (2 ay) keçiriləcəkdir.
Müsabiqəyə təqdim olunan yazılar A4 kağızda çıxarılmış halda (dərc olunduğu qəzetin nüsxəsi ilə birlikdə), teleradio verilişləri isə elektron daşıyıcılarda oktyabrın 31-ə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fonduna təqdim olunmalıdır.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir

Birinci yer (bir nəfər) – 400 manat
İkinci yer (iki nəfər) – 250 manat
Üçüncü yer (iki nəfər) – 150 manat
Həvəsləndirici yer (iki nəfər) – 75 manat

Əlaqə telefonu: (036) 545-65-85

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR