22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə kursant qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 170 sm, yaşı 30-dan çox, 20-dən az olmayan və müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər müsabiqəyə buraxılmırlar.
Sənədlərin qəbulu 2020-ci il yanvar ayının 25-dən fevral ayının 25-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- attestat (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
- hərbi bilеt (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- əmək kitabçası (olanlar üçün);
- arayış (ailə tərkibi və yaşayış yeri haqqında, işləyənlər üçün isə əlavə olaraq iş yerlərindən);
- xasiyyətnamə (yaşayış və ya iş yerindən);
- nikah haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil.
İlkin sənədləri Orta İxtisas Polis Məktəbinə təhsilə uyğun gələn namizədlərə müvafiq formada ərizə-­öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunurlar.
Namizədlər Daxili İşlər Nazirliyinin xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar 8 dəfə, çəkisi 80 kiloqramdan yuxarı olanlar 6 dəfə; qaçış 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərindən bədənin döşəmədən qaldırılıb-endirilməsi 20 dəfə; gövdənin döşəmədən qaldırılıb-endirilməsi 20 dəfə).
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən namizədlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu vaxt namizədin komissiya sədrinə müraciəti olduqda baxılır.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı ixtisas seçimində iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan dilində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və namizədlər bu məqsədlə həmin mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləyə bilərlər.
Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 2 ildir.
Təhsil müddəti ərzində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur.
Məzunlara Hüquq-mühafizə fəaliyyəti ixtisası və polis kiçik leytenantı xüsusi rütbəsi verilir.
Seçmə komissiyalarının vaxtı və qəbulla bağlı digər məsələlər barədə məlumatlarla Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet saytında tanış olmaq mümkündür.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları:
036-545-08-10 (155, 156, 160).

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR