Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində rabitə sahəsi üzrə “elektrik montyoru” peşə hazırlığı kursu keçməyə dəvət edir.
Rayonlar üzrə tələbat aşağıdakı kimidir:
Naxçıvan şəhəri üzrə – 6 yer
Ordubad rayonu üzrə – 4 yer
Şahbuz rayonu üzrə – 4 yer
Kəngərli rayonu üzrə – 1 yer
Peşə hazırlığı kurslarının tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il sentyabrın 15-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.
Əlaqə telefonu: 545-32-33