Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığı üzrə 2019-cu il üçün qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli 737/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş plana əsasən aşağıdakı qaydada aparılır.
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı:
Büdcə hesabına, qiyabi təhsilalma forması:
- Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer.
Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:
- Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 2 yer;
- Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi –1 yer;
- Pedaqoji psixologiya – 1 yer.
Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbul planı:
Büdcə hesabına, qiyabi təhsilalma forması:
- Müəllim hazırlığı və fəaliyyəti – 1 yer;
- Sosial pedaqogika – 1 yer.
Ödənişli əsaslarla, qiyabi təhsilalma forması:
- Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer;
- Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer;
- Pedaqoji psixologiya – 1 yer.
Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Doktoranturaya qəbul (habelə dissertanturaya təhkimolunma) üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Müəllimlər İnstitutunun rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarı ilə təsdiqlənmiş yeni redaksiyasının tələbləri əsasında aparılır.
Sənədlərin qəbulu iş günlərində 28 dekabr 2019-cu il tarixədək saat 900-dan 1700-a kimi aparılır.
Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət etmək olar.
Ünvan: Naxçıvan şəhəri,Heydər Əliyev prospekti 2
Naxçıvan Müəllimlər İnstitutu
Elmi hissə (otaq № 208)
Əlaqə telefonları:(+994 36) 544-04-29
E-mail:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.